Baku City Point Biznes Mərkəzi
C.Məmmədguluzadə 102A

“PSG-Kapital İnvestisiya Şirkəti” QSC 2012-ci ildə qurulmuş PSG-Broker şirkətinin hüquqi varisidir və PSG qrup şirkətlərindən biridir. 2016-cı ildə şirkətin nizamnamə kapitalı 1 000 000 AZN olmuş və hüquqi forması möhkəmləndirilmişdir. Təsisçi tərəfindən şirkətin nizamnamə kapitalı 2018-ci il Mart ayının 13-də 1 000 000 AZN artırılaraq 2 000 000 AZN-ə çatdırılmışdır.

Məqsədimiz yerli və beynəlxalq maliyyə bazarlarında həm öz hesabımıza, həm də müştərilərimizin hesabına investisiyalar etmək, vasitəçilik, anderraytinq, portfelin idarəedilməsi və investisiya məsləhətləri xidmətlərini ən yüksək səviyyədə göstərməkdir. 

2014-cü ildə PSG-Broker “Cənub Qaz Dəhlizi” QSC-nin 101.12 milyon dollar həcmində istiqraz emissiyasında, 2016-cı ildə isə PSG-Kapital ARDNŞ-nin 100 milyon dollar həcmində SOCAR İstiqraz emissiyasında anderrayter qismində çıxış etmişdir. Əməliyyatlar Bakı Fond Birjasında aparılmışdır. Hal-hazırda PSG Kapital İŞ bu istiqrazların market meykeridir. PSG-Kapitalın belə stratejik əhəmiyyətli layihələrdə iştirakı onun Azərbaycan maliyyə bazarındakı rolunun göstəricisidir.

PSG-Kapital İŞ “Practical Solutions Group” -nun şirkətlərindən biridir və qrupun həm peşəkar heyətindən, həm də müsbət iş mühitindən tam mənada faydalanır və inkişaf edir. Practical Solutions Group hüquq və biznes məsləhətləri xidmətləri göstərir və müştərilərinə maliyyə, hüquq, idarəetmə, investisiya və s. mövzularda məsləhətlər verir və həllər təklif edir. Biznesin inkişafı, layihə idarəetməsi, maliyyətin və verginin optimallaşdırılması, daşınmaz əmlakın auditi fəaliyyətinin əsas sütunlarını təşkil edir. Sığorta və Bank sektorunda da fəaliyyətini genişləndirmək qrupun hədəflərindən biridir.  Mərkəzi Bakıda yerləşən PSG eyni zamanda ABŞ, BƏƏ və Türkiyədə fəaliyyət göstərir.

PSG-Kapital Azərbaycanın aparıcı bank və sığorta təşkilatları ilə əməkdaşlıq edir. Biz eyni zamanda istər inkişaf etmiş ölkələrin, istərsə də inkişaf etməkdə olan ölkələrin maliyyə təşkilatıları ilə olan əlaqələrimizi genişləndiririk. Partnyorlarımız arasında SOCAR, Respublika Bank, Rabitə Bank, Meqa Sığorta, Günay Bank, İnteractive Brokers, İş Yatırım, Tacirlər Yatırım kimi şirkətlər yer tutur. 

PSG Kapitalın 2018-ci il üzrə dövriyyəsi və qiymətli kağızların gəlirliliyi aşağıdakı kimidir.

AZN- 383 099 675.00

USD- 278 396 623.00 (AZN ekvivalenti 473 274 259.10)

gəlirlilik AZN üzrə-  7-8 %

gəlirlilik USD üzrə- 4-5%

 

PSG-Kapital Bakı Fond Birjasının üzvüdür və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 01 lisenziya nömrəsi ilə fəaliyyət göstərir.