İnvestisiya strategiyaları
İstifadə etdiyimiz investisiya strategiyalarını sadələşdirmək məqsədi ilə üç kateqoriyaya bölmək olar. Portfellərimizin hər birində bu strategiyalardan biri və yaxud bir neçəsindən istifadə edirik.
Ənənəvi investisiya
Bu investisiya növündə kapital səhmlərə, istiqrazlara, daşınmaz əmlaka yatırılır və bir hissəsi də nağd pulda saxlanılır. Əsas məqsəd dividend və faiz gəlirləri əldə etmək və uzun müddətdə kapitalın artımını gözləməkdir. Mənfi tərəfi məhdud diversifikasiya mənbələrinin olmasıdır. Portfelin riski bazar riski ilə demək olar ki, eynidir və sistematik risk daşıyır.