Market-Meyker Xidməti
Market-meyker hər hansı bir qiymətli kağızın alışını və satışını öz hesabına həyata keçirən investisiya şirkətidir. Qiymətli kağızın bazar yaradıcısı olan Market meyker öz üzərinə müəyyən öhdəliklər götürür :
- Alış və satış qiymətlərini müəyyənləşdirir və birja vasitəsi ilə elan edir.
- Kotirovka spredi (alış və satış qiymətləri arasında olan fərq) müəyyən genişliyi ötməməlidir.
- Minimal həcm: hər bir alış və satış qiyməti üçün minimal həcm müəyyən edilir.
PSG-Kapital Socar istiqrazlarının market-meykeridir və Bakı Fond Birjasında gündəlik alış və satış öhdəliyi götürür.