Baku City Point Business Center
C.Mammadguluzada 102A

Şirkətlərin biznesi inkişaf etdirmək və qarşıya qoyulan hədəflərə çatmaq üçün mütəmadi olaraq əlavə kapitala və pul vəsaitlərinə ehtiyacları yaranır.


Mövcud kapital ehtiyaclarını qarşılaya bilmək üçün onlar kapital bazarlarının alətlərindən istifadə edərək həm iqtisadiyyatda istifadəsiz qalan vəsaitləri investisiyaya çevirə, həm də daha uzun müddətli vəsait cəlb edə bilərlər. Qiymətli kağızlar emissiya edərək (səhm, istiqraz və s.) kapital bazarında əlavə maliyyələşmə imkanlarından yararlanmaq mümkündür. Yeni emissiya olunan kağızların emissiyasi, qeydiyyatı yerləşdirmə prosesinin bütününü təşkil edən Anderraytinq Xidmətindən yararlanaraq əlavə vəsaitlərin cəlb olunmasını təmin etmək olar.

Xidmətin növləri

  • Yeni Qiymətli Kağızların buraxılışı
  • Yeni emissiya olunacaq qiymətli kağızların emissiya prospektinin hazırlanması
  • Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qiymətli kağızların buraxılışının qeydiyyata alınması
  • Qiymətli kağızların Milli Depozit Mərkəzinin uçot sistemində emissiya depo hesabina daxil edilməsi
  • Yeni emissiya olunan kağızların yerləşdirilməsi üçün emitentlə birlikdə investorların cəlb
    olunmasına köməklik göstərilməsi
  • Qiymətli Kağızların Emissiya prospektində qeyd olunan proseduralar başa çatdıqdan sonra
    kağızların yerləşdirilməsinin Bakı Fond Birjasi vasitəsilə həyata keçirilməsi