İNVESTİSİYA STRATEGİYALARIMIZ

 

İnvestisiya strategiyaları


İstifadə etdiyimiz investisiya strategiyalarını sadələşdirmək məqsədi ilə üç kateqoriyaya bölmək olar. Portfellərimizin hər birində bu strategiyalardan biri və yaxud bir neçəsindən istifadə edirik.

Ənənəvi investisiya


Bu investisiya növündə kapital səhmlərə, istiqrazlara, daşınmaz əmlaka yatırılır və bir hissəsi də nağd pulda saxlanılır.  Əsas məqsəd dividend və faiz gəlirləri əldə etmək və uzun müddətdə kapitalın artımını gözləməkdir. Mənfi tərəfi məhdud diversifikasiya mənbələrinin olmasıdır. Portfelin riski bazar riski ilə demək olar ki, eynidir və sistematik risk daşıyır.

Bu qrafikdə ənənəvi strategiyanın əsas komponentləri olan istiqraz və səhmlərin 20 il ərzindəki gəlirliliyin görə bilərsiniz. Mənfəət bəzi illərdə çox yüksək və bəzilərində isə aşağı ola bilər. Aktivlərin hər ikisini portfelə daxil etməklə ümumi portfel dəyişkənliyini artırmaq mümkündür.

Biznes dövrlərinin və makro-iqtisadi hadisələrin portfelə olan təsiri böyükdür.

  • İstiqraz
  • Beynəlxalq səhmlər

Səhmlərin, İstiqrazlarım və Nəğd Manat Depozitinin İllik Ortalama Gəlirliliyi 2001-ci ildə investisiya edildiyini nəzərə alsaq

Səhmlərin, İstiqrazlarım və Nəğd Manat Depozitinin İllik Ortalama Gəlirliliyi 2001-ci ildə investisiya edildiyini nəzərə alsaq

2001-ci ildə edilmiş investisiyanın illik gəlirliliyi investisiyanın müddətindən asılıdır. Uzun müddətli investorlar səhm portfelindən istiqraz portfelinə nəzərən daha çox gəlir götürə bilərlər. Digər tərəfdən, yerli bazarda edilən investisiyalar da qısa müddətdə yüksək gəlir gətirməsinə baxmayaraq uzun müddətli perspektivdə digər portfellərin səviyyələrinə yaxın nəticələr əldə edir.

Alternativ İnvestisiya

Törəmə maliyyə alətləri, kredit çiyinli daşınmaz əmlak məhsulları, əmtəələr, hedc fond məhsulları, ənənəvi məhsullar üzrə qısa mövqelər bu növ investisiyada istifadə edilən aktivlərdir. Bu aktivlər ümumi bazarın tərsi nəticələr göstərə bilər və adətən gəlirliliyi və riski ənənəvi investisiyadan daha çoxdur. Risk parametrlərini dəyişmək nisbətən daha asandır. Əsas xüsusiyyətləri:

  • Yüksək kredit çiyni
  • Mürəkkəb törəmə maliyyə alətləri
  • Qısa mövqelər
  • Bazarın nə etdiyindən asılı olmayaraq yüksək gəlir gətirmək məqsədi

Mürəkkəb Strategiyalar

Bu strategiyalar ənənəvi və alternativ investisiyanı özündə birləşdirən strategiyalardır. Bir portfeldə eyni zamanda həm səhm, istiqraz həm də törəmə maliyyə alətləri ola bilər. Bu şəkildə diversifikasiya apararaq daha az risklə daha yüksək gəlirə nail olmaq mümkündür. Hansı aktivlərin üstünlük təşkil edəcəyi gözlənilən gəlirlilikdən və risk parametrlərindən asılıdır. Aktivlər arasında korrelyasiyanın az olması, ümumi portfelin riskini azalda bilər.

  • Portfolio
  • S&P 500
Aktiv Portfeldəki Payı Gəlirlilik Risk
REİT ( Əmlak Bazarı) 10% 100% 52.2
Kiçik Səhmlər 10% 110% 42.3
EM İndeksi 10% 108% 55.7
Dəyər Səhmlər 10% 68% 17
MSCİ World 10% 84% 20
İstiqrazlar 10% 37% 6.1
Əmtəə 10% -43% 9.8
İnkişaf Səhmlər 10% 99% 23.4
Cəmi Portfel 100% 101% 989.8
S&P İndeksi 0% 87% 1144

Yuxarıdakı portfel 2004-2015-ci illər ərzində qurulmuş mürəkkəb portfelə misaldır.

Bu portfel illik 10.1% gəlirlilik nümayiş etdirmişdir. Müvafiq müddətdə S&P 500 indeksinin gəlirliyi isə ortalama 8.7% təşkil edir. Bununla yanaşı, misal portfelimizin riski isə S&P 500 indeksinə nəzərən daha azdır ( 989.8 və 1144). Başqa sözlə, bu portfelə 2004-cü ildə investisiya etsəydiniz 2015-ci ildə gəliriniz 1009 $ eyni vaxtda ABŞ iqtisadiyyatının indeksi isə daha yüksək risklə sizə 869 $ gəlir gətirəcəkdi

Gəlirliliyi hesablayarkən vergilər və komissiyalar nəzərə alınmamışdır. Risk portfelin müvafiq müddət ərzindəki dəyişikənliyini ölçür.