Müştəriyə ən pis halda investisiya etdiyi məbləği geri alacağını qarantiya edən portfel növüdür. Əsas məqsəd investisiya edilən məbləği qorumaqla bazarda iştirak etmək imkanı yaratmaqdır. İnvestorun gözləntiləri baş tutarsa o qazanc əldə edir, əks halda isə heç nə itirmir.
PSG Kapitalın innovativ daxili strategiyaları əsasında formalaşdırılan portfellər
Mütəmadi olaraq müxtəlif bazarlar və investisiya alətləri təhlil edilir və qeyri-effektivliklər aşkara çıxarılır
Alqoritmalar istifadə etdiyimiz kompyuter proqramlama dilinə çevrilir
Məlumat bazası üzərində Back test edilir və nəticələr ikinci dəfə walk forward test prosesindən keçir
Real vaxt rejimində bir müddət yoxlanıldıqdan və nəticələr təhlil edildikdən sonra optimizasiya aparılır
İnvestisiya edilən bazarlar; Əmtəə, Fond İndeksləri, Alt-indekslər (biotexnologiya, maliyyə, səhiyyə, oyun industriyası və s.), Valyuta bazarları, Səhm bazarı, Dövlət və korporativ istiqraz bazarı
Ənənəvi və Mürəkkəb Strategiyalardan istifadə edilir
Qeyri-effektivliklərdən hansı algoritmalara uyğun faydalanma yolları araşdırılır və müvafiq algoritmalar yazılır
Əldə edilən hazır algoritmalar həmin bazar və alətlərin keçmiş məlumatları ( database) üzərində test edilir
Nəhayət strategiyalar formalaşdırılır və real vaxt rejimində istifadəyə verilir
Müştərini risk parametrləri nəzərə alınaraq strategiyalardan ən uyğun olanları seçilir və investisiya edilir
İnvestisiya edilən alətlər; Səhm, İstiqraz, Fyuçers, Opsion, ETF