BİZ MALİYYƏ BAZARLARINDA LİKVİDLİK YARADIRIQ

Market - Meyker Xidməti

Market-Meyker Xidməti


Market-meyker hər hansı bir qiymətli kağızın alışını və satışını öz hesabına həyata keçirən investisiya şirkətidir. Qiymətli kağızın bazar yaradıcısı olan Market meyker öz üzərinə müəyyən öhdəliklər götürür :

  • Alış və satış qiymətlərini müəyyənləşdirir və birja vasitəsi ilə elan edir.
  • Kotirovka spredi (alış və satış qiymətləri arasında olan fərq) müəyyən genişliyi ötməməlidir.
  • Minimal həcm: hər bir alış və satış qiyməti üçün minimal həcm müəyyən edilir.

PSG-Kapital Socar istiqrazlarının market-meykeridir və Bakı Fond Birjasında gündəlik alış və satış öhdəliyi götürür.

Sual Cavab

Market-meykerlik fəaliyyəti emitentlər üçün hansı üstünlük yaradır?

Emitentin əsas məqsədi bazardan vəsait cəlb etməkdir. Bunun üçün də onun buraxdığı QK-lara investorların marağı olmalıdır. Bunu da təmin etməyin ən rahat yollarından biri kağız üzrə MM-in olmasıdır.

Bir emitentin birdən çox QK-zı ola bilər (Səhm, fərqli xüsusiyyətli İstiqrazlar və s.) Təkrar bazarda ticarət edilən QK-ların MM-ləri varsa bu onu göstərir ki, emitentin yeni buraxacağı QK-lar da likvid olacaq və investorları cəlb edəcək.    

Digər tərəfdən reytinq agentliklərinin Emitentlərə reytinq verərkən baxdıqları parametrlərdən biri spredin aşağı olmasıdır. QK-nın spredi nə qədər aşağıdırsa bu onun reytinqinə bir o qədər müsbət təsir göstərir.  Spredin aşağı olması da qeyd olunduğu kimi MM-in fəaliyyətindən asılıdır. 

Market-meykerlik fəaliyyəti investorlar üçün hansı üstünlük yaradır?

İnvestor gəlirliliyi eyni olan iki aktiv arasında hər zaman daha likvid olanını seçir.  Əldə etdiyi aktivi (QK) qiymət itkisi olmadan nağd vəsaitə çevirə bilmək bir üstünlükdür. Aktivin likvidliyi onun alış və satış qiymətləri arasındakı fərqlə (spredlə) ölçülür. Spred nə qədər azdırsa aktiv (QK) bir o qədər likviddir. Bəzi qeyri likvid aktivlərin spredi böyükdür, məsələn, alışı 20 USD  satışı 40 USD-dir. Siz bu aktivi aldıqdan sonra satmaq istəsəniz, 40 dollardan alıb 20 dollara satacağınız üçün 50% itki ilə üzləşəcəksiniz.İnvestorların ikinci diqqət etdiyi kriteriyalardan biri QK-ı pula çevirə bilmək sürətidir. Bu da likvidliyin daha bir parametridir.  Tutaq ki, hər hansı bir QK-ı bugün aldınız və bilirsiniz ki, bir ildən sonra satacaqsınız. Bir ay sonra əgər QK-nızı hər hansı bir səbəbə görə satmaq qərarına gəlsəniz. likvid olmayan QK üçün asanlıqla alıcı tapmayacaqsınız və siz həmin QK-ı qısa müddətdə sata bilməyəcəksiniz.  Bu baxımdan, məsələn, əmlak bazarı QK-lar bazarına nəzərən daha az likviddir, çünki qısa müddətdə alqı-satqı həyata keçirmək çətindir və pul itirə bilərsiniz. Bu iki faktor nəzərə alınaraq, MM fəaliyyəti investorlar üçün çox böyük üstünüklər yaradır.

Bağlanmış əqdlər üzrə cədvəl

Əməliyyat Həcmi

İstiqraz

120,000,000

Səhm

0