Baku City Point Biznes Mərkəzi
C.Məmmədguluzadə 102A

Sabit gəlirli portfellər nədir?


Sabit gəlirli Portfellər nədir: Nağd vəsaitlər, avrobondlar, dövlət və korporativ istiqrazlardan formalaşan portfellərdir. Portfelin tərkibi müştərimizin faizləri hansı aralıqlarda almaq istəyindən və qəbul etdiyi istiqraz reytinqlərindən asılıdır. Məqsəd kapitalı qoruyaraq stabil gəlir əldə etməkdir. Məsələn, biz SOCAR istiqrazları və Maliyyə Nazirliyi istiqrazlarından formalaşmış portfel təklif edə bilərik. Belə bir portfelin həm manatda, həm də ABŞ dollarında gəliri olacaq. Əsas məbləğ isə müddətin sonunda geri qaytarilacaqdır.

 

Sabit Gəlirli Portfellərin üstünlükləri

Müştərinin risk profili və hansı müddətə yatırım etmək istədiyi müəyyənləşdirilir

erilən parametrlərə uyğun yalnız istiqraz və istiqraz ETF-lərindən ibarət olan portfel qurulur

Portfel kredit, valyuta və faiz riski nəzərə alınaraq diversifikasiya edilir

Hər hansı bir istiqrazın defolt riski ümumilikdə portfelin gəlirliyinə minimal təsir göstərir

Müştərinin razılığı əsasında riskləri azaltmaq və/və ya gəlirliyi artırmaq üçün törəmə maliyyə alətlərini də portfelə daxil etmək mümkündür