Profilləri
İnvestisiya məhsullarımızı təqdim edərkən atdığımız ilk addım müştərimizin Risk profilini müəyyən etməkdir. Bu məqsədlə keçirilən risk sorğu anketi nəticələrinə əsasən müştəri 5 kategoriyadan birinə aid edilir.
Bildiriş
Bu sorğu vərəqəsi PSG-Kapital İŞ-i tərəfindən hazırlanmışdır. Sorğunun nəticələri Siz bildirdiyiniz məlumatlar əsasında əldə edilmişdir və şəxsi investisiya seçiminizdə rəy formalaşdırmaq üçün istifadə edilə bilər. Bu sorğu və onun nəticələri hər hansı bir məhsulu almaq təklifi və ya investisiya məsləhəti hesab olunmur.
Bu sorğu 10 sualdan ibarətdir və hər sualda yalnız bir cavab seçmə haqqınız var. Hər cavaba məxsus xal verilir. Sorğunun nəticəsini bütün suallara cavab verdikdən sonra topladığınız ümumi xalı bizə bildirməklə öyrənə bilərsiniz. Nəticələrə əsasən hansı kateqoriyanın investoru olduğunuzu biləcəksiniz.