Müştərinin risk profili və hansı müddətə yatırım etmək istədiyi müəyyənləşdirilir
Sabit gəlirli portfellər nədir?
Sabit gəlirli Portfellər nədir: Nağd vəsaitlər, avrobondlar, dövlət və korporativ istiqrazlardan formalaşan portfellərdir. Portfelin tərkibi müştərimizin faizləri hansı aralıqlarda almaq istəyindən və qəbul etdiyi istiqraz reytinqlərindən asılıdır. Məqsəd kapitalı qoruyaraq stabil gəlir əldə etməkdir. Məsələn, biz SOCAR istiqrazları və Maliyyə Nazirliyi istiqrazlarından formalaşmış portfel təklif edə bilərik. Belə bir portfelin həm manatda, həm də ABŞ dollarında gəliri olacaq. Əsas məbləğ isə müddətin sonunda geri qaytarilacaqdır.