SƏHM NƏDİR?
Öz sahibinə cəmiyyətin (emitentin) kapitalında iştirak, mənfəətinin bir hissəsini dividend şəklində almaq və onun idarə olumasında iştirak etmək hüququ verən investisiya qiymətli kağızıdır.
Səhm eyni zamanda, cəmiyyətin ləğvindən sonra qalan əmlakın səhmdarlar (səhm sahibləri) arasında mütənasib bölüşdürülmə hüququnu da təsdiqləyir. Şirkətlər tərəfindən kapitalı artırmaq və maliyyə vəsaiti cəlb etmək üçün emissiya edilir.