Şirkət Rəhbərinin Müraciəti

Müştərilərimizin məmnuniyyəti və maraqlarının təmin edilməsi bizim ən əsas missiyamızdır.

Digər tərəfdən, fəaliyyət göstərdiyimiz dövrdə Azərbaycan maliyyə bazarlarının inkişafı, şəffaflığı, beynəlxalq bazarlara inteqrasiyası, innovativ yeni məhsulların yaradılması üçün çalışmışıq və bundan sonra da çalışacağıq. Biz həm yenilikçi olmaq və yüksək texnologiyalardan istifadə edərək dəyər yaratmaq, həm də 10 illərdən bəri formalaşmış beynəlxalq maliyyə praktikasını tətbiq etmək üçün insan resurslarına önəm veririk.

PSG-Kapital yerli və beynəlxalq maliyyə bazarlarında fiziki və hüquqi şəxslərə həm Vasitəçilik, həm də Portfel İdarəçiliyi xidmətləri göstərir. Göstərdiyimiz xidmətlərin yüksək keyfiyyətilə yanaşı tariflərimizin də aşağı olmasına xüsusi diqqət yetiririk. Eyni zamanda, ən müasir ticarət platformaları vasitəsilə 120-dən çox maliyyə bazarında əməliyyat etmək imkanı yaradırıq. Bütün bunları nəzərə alaraq, Sizləri şirkətimiz vasitəsilə əməliyyat etməyə və vəsaitlərinizi dəyərləndirməyə dəvət edə bilərəm. Nəticədən məmnun qalacağınızdan əminəm.  

Fürsətdən istifədə edərək, bizə etibar edən yüzlərlə müştərimizə öz dərin minnətdarlığımı  bildirirəm.

Hörmətlə,

Şahin Rəcəbov