PSG-Kapitalın təhlil və məsləhət xidmətləri müştərilərin ən vacib problemlərini və bazardakı imkanları diqqət mərkəzində saxlayır. Belə ki, uyğun zamanda lazımi investisiya strategiyalarını tətbiqi müştərilərə bazar risklərindən qorunub investisiya kapitallarını artırmağa kömək edir.
Məsləhət xidmətlərimiz müştərilərin portfel strukturunu nəzərdə saxlayır, dəyişən bazar imkanları və gəlirlilik hədəflərinə uyğun olaraq yeni investisiya strategiyaları təklif edir. Bunun üçünsə müştərilərimizə ən uyğun maliyyə alətlərinin seçimində kömək edirik.