SƏHMLƏRƏ İNVESTİSİYA ETMƏK ZAMANIDIR!

Törəmə alətləri

TÖRƏMƏ ALƏTLƏRİ NƏDİR?


Törəmə maliyyə aləti hər hansı bir maliyyə alətinin əvvəlcədən müəyyən edilmiş qiymətlərlə alınıb satılması üzrə müqavilə qiymətli kağızıdır. Həmin maliyyə aləti baza aktivi adlandırılır.

Baza aktivi qızıl, neft, valyuta cütlüyü, fond indeksi, havanın temperaturu və s. ola bilər. TMA-nin qiyməti baza aktivindən törəyir. Bu maliyyə alətlərini qiymət riskindən sığortalanmaq və ya spekulyasiya məqsədi ilə istifadə etmək mümkündür.

PSG Kapital müştərilərinə təşkilatlı bazarlarda ticarət olunan fyuçers ve opsionlarla ticarət etməyə imkan yaradır. Biz korporativ müştərilərimizə forvard və svap kimi OTC törəmə maliyyə alətləri ilə ticarət də təklif edə bilərik.

OPSİONLAR

Hər hansı baza aktivinin əvvəlcədən müəyənləşdirilmiş qiymətlə və tarixdə alınıb satılması hüququnu təsdiqləyən üzrə müqavilədir. Opsionu alan onu icara etmək hüququnu əldə edir və buna qarşılıq satana premium ödəyir. Opsionu satan tərəf isə alıcı istədiyi təqdirdə icra etmək öhdəliyi daşıyır.

Strayk : Baza aktivinin əvvəlcədən müəyyənləşdirilmiş qiyməti

Müddət: Sığortalanma müddətidir

NÜMUNƏ

CLV7 SEP 20`17 FUT C4750 : Neft fyuçersinin 20 sentyabr 2017 ci il müddətinə və 47.5 $ straykla Nyu- York Əmtəə Birjasında ticarət edilən Call opsionudur.

FYUÇERSLƏR

Hər hansı baza aktivinin əvvəlcədən müəyənləşdirilmiş qiymətlə və tarixdə alınıb satılması öhdəliyini təsdiqləyən müqavilədir. Alıcı tərəf ödəniş etməyi, satıcı tərəf isə aktivi çatdırmağı öz öhdəliyinə götürür. Fyuçers təşkilatçı birjada ticarət edilir və əməliyyatlar təminatlıdır.

 

 

NÜMUNƏ:

GC AUG29`[email protected] NYMEX : Qızılın 29 avqust 2017-ci il tarixinə Nyu- York Əmtəə Birjasında ticarət edilən fyuçersidir.

Baza Aktivi Birja Növü Tiker
Qızıl NYMEX Fyuçers GC
Gumus NYMEX Fyuçers SI
Neft WTI NYMEX Fyuçers CL
Təbii Qaz NYMEX Fyuçers NG

BİZƏ MÜRACİƏT ET

Aşağıdakı formanı doldurmaqla bizə müraciət edə bilərsiniz