"PSG-Kapital" zərərdən mənfəətə keçdi - HESABAT

"PSG-Kapital" zərərdən mənfəətə keçdi - HESABAT

05.06.2018

"PSG-Kapital İnvestisiya Şirkəti" QSC 2017-ci ili 39 min 819 manat xalis mənfəətlə başa vurub. FED.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə gəlirə çıxan şirkət dövriyyəsini sürətlə artırır. 

Şirkətin  maliyyə hesabatına əsasən,  ötən il “PSG Kapital”ın cəmi gəlirləri 2,8 dəfə artaraq 1 milyon 214 min manata yüksəlib, halbu ki, 2016-cı ildə 428 min 703 manat təşkil edirdi. Cəmi gəlirlərin 82%-ni və ya 1 milyon 55 min manatını investisiya məsləhətləri39 min 380 manatını broker fəaliyyəti, 106 min 577 manatını anderraytinq xidməti üzrə və 13 min 467 manatını idarəçilik gəlirləri təşkil edir.

 

Ötən il  “PSG Kapital”ın xərcləri də artıb və gəlirləri üstələyərək 88 min 614 manat əməliyyat zərəri formalaşıb. Lakin məzənnə fərqindən yaranmış 18 min 731 manatlıq xalis gəlir və depozitlərdən 130 min 677 manatlıq faiz gəliri hesabına şirkət əməliyyat zərərini bağlayıb və xalis mənfəət təmin edib.

2016-cı illə müqayisədə 2017-də “PSG-Kapital”ın cəmi aktivləri 2,6 dəfə artaraq 14 milyon 382 min manata çatıb. Şirkət 2016-cı ilin sonunda 5 milyon 585 min manat cəmi aktivlərə malik idi. Aktivlərin artmasına pul vəsaitlərinin artması və yeni investisiyalar səbəb olmuşdur.  “PSG-Kapital” banklarda 3 milyon 460 min manat depozit yerləşdirib.

 

Şirkət 1 milyon manat nizamnamə kapitalına malik olub.

 

Qeyd edək ki, "PSG-Kapital İnvestisiya Şirkəti" QSC 2012-ci ildə qurulmuş PSG-Broker şirkətinin hüquqi varisidir və PSG qrup şirkətlərindən biridir. “PSG-Kapital” şirkəti SOCAR İstiqrazlarının market-meykeridir. Market-meyker hər hansı bir qiymətli kağızın alışını və satışını öz hesabına həyata keçirən investisiya şirkətidir.

Xəbərin müəllifi: http-fed-az-az-news-read-42561