“Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu” ASC-yə 2018-ci il üzrə investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsi ilə bağlı xidmətlərin satınalınmasına dair açıq tender başa çatıb.
Tenderin 2-ci lot, yəni qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi üzrə qalib "PSG-Kapital İnvestisiya Şirkəti" QSC olub. Tərəflər arasında satınalma müqavilələri imzalanıb.