"PSG-Kapital İnvestisiya Şirkəti"  kapitalını ikiqat artırır

"PSG-Kapital İnvestisiya Şirkəti" kapitalını ikiqat artırır

05.03.2018

"PSG-Kapital İnvestisiya Şirkəti" QSC nizamnamə kapitalının həcmini iki qat artıraraq 2 milyon manata yüksəldəcək. Bununla da, şirkət ölkədə nizamnamə kapitalı ən yüksək olan investisiya şirkətinə çevriləcək. Kapitalın artırılması əlavə səhm buraxılışı hesabına həyata keçiriləcək. Bu addım çərçivəsində hər birinin nominal qiyməti 1 000 AZN olan əlavə 1 000 ədəd səhm buraxılması nəzərdə tutulur.

Maliyyə Bazarlarına Nəzarət Palatası səhm emissiyasını qeydiyyata alıb.  ​Səhm yerləşdirilməsi və kapitalın artırılması yaxın vaxtlarda həyata keçiriləcək.