PSG-Kapital İnvestisiya Şirkəti Qapalı Səhmdar Cəmiyyətinin rəhbər şəxslərinə ödənilən əmək haqqının məbləği
2018- ci ildə "PSG-Kapital İnvestisiya Şirkəti" QSC-nin Direktoru Rəcəbov Şahinə 22824 manat, başqa sözlə ayda 1902 manat əmək haqqı ödənilib. PSG-Kapital İnvestisiya Şirkəti QSC-nin maliyyə hesabatlarına əsasən, hesabat dövründə Şirkətin direktor müavini vəzifəsini icra Yaqubov Nərimana aylıq 1420 manat olmaqla 17040 manat, İbrahimov Cəfərə isə aylıq 1179 manat olmaqla, 4716 manat əmək haqqı ödənilib. Xatırladaq ki, hər iki müavin də 2019-cu ilin əvvəlindən etibarən vəzifələrini tərk ediblər.
Qed edək ki, "PSG-Kapital İnvestisiya Şirkəti" 2018- ci ili 400 minə yaxın mənfəətlə başa vurub.