PSG Kapitalın innovativ daxili strategiyaları əsasında formalaşdırılan portfellər
Xüsusi İdarə Edilən PSG Portfellər nədir?
Bu portfellər PSG Portfel İdarəçiləri tərəfindən hazırlanır. İstənilən bazar şəraitinə, risk parametrlərinə uyğunlaşdırıla bilən və geniş yelpazədə maliyyə alətlərindən istifadə etmək imkanı yaradan portfellərdir. Səhm, korporativ və dövlət istiqrazları, əmtəə, Fond indeksləri və alt indeksləri (biotexnologiya, maliyyə, səhiyyə, turizm və s.) və valyuta bazarlarına investisiya edə bilirik. Bu baxımdan, portfellərimiz müştərilərimizin gəlirlilik və risk tələblərinə tam cavab verir.