Baku City Point Biznes Mərkəzi
C.Məmmədguluzadə 102A

Yanaşmamız

Portfelin idarə edilməsi üzrə prinsiplərimiz çox sadədir: maksimum şəffaflıq, aydın planlaşdırılmış investisiya strategiyaları və düzgün idarəetmə. Əsas məqsədimiz müştərilərimizə uzunmüddətli və stabil gəlir gətirməkdir. Buna nail olmaq üçün hər zaman öz prinsiplərimizi tətbiq edirik.

Müştərilərimizin hədəf və tələblərini öyrənmək və eyni zamanda daşıdıqları riskləri onlara aydın şəkildə izah etməklə maksimum şəffaflığı təmin edirik.  Hər şeydən öncə, müştərinin risk dözümlülüyünü, onun hansı riskləri götürmək istədiyini və götürə biləcəyini təyin edirik. Daha sonra, riskin qarşılığında ona hansı gəlirliliyi gözləyə biləcəyini izah edirik. Müştərilərimiz sorğu anketini dolduraraq yuxarıdakı əsas suallara cavab verirlər və nəhayət investisiyanın müddətini və müştərimizin pul axını gözləntilərini müəyyənləşdiririk. Müştərinin risk profili və investisiya müddəti əsasında ona uyğun, hazır investisiya məhsulumuzu təklif edirik və ya onun tələblərinə uyğun qeyri-standart portfel yaradırıq. Müştəri portfel seçimində birbaşa iştirak edir və eyni zamanda bütün investisiya müddətində tərəfimizdən mütəmadi məlumatlandırılır.

Ənənəvi, alternativ və bu iki investisiya növlərinin sintezindən yaranan mürəkkəb strategiyalardan istifadə edirik. Bu strategiyalar əsasında qurulan portfellər müştərilərimizin tələb və gözləntilərinə tam cavab verir. Bazardakı uzunmüddətli tendensiyaları təhlil edərək biznes dövrlərinə uyğun optimal strategiyaları seçirik.

Yuxarıda qeyd edilən məqamlar dəqiqləşdirildikdən sonra portfelləri formalaşdırırıq. PSG-Kapital İnvestisiya Şirkəti bir çox beynəlxalq broker şirkətləri və maliyyə institutları ilə sıx əlaqədədir və onların təqdim etdikləri ən müasir texnoloji imkanlardan istifadə edir. Portfelləri formalaşdırarkən və idarə edərkən sürətli bazar əməliyyatları aparmaq və partnyorlarımızın təqdim etdikləri endirimli komissiyalardan yararlanaraq müştərilərimizin gəlirlərini artırmaq əsas prioritetlərimizdən biridir.

Hər bir müştərinin (Hüquqi və Fiziki şəxslər) tələb, imkan, risk, gəlirlilik gözləntisinə cavab verən individual yanaşma

Maliyyə bazarlarında ticarət edilən bir çox aktiv növünü özündə birləşdirmə bacarığı

Əməliyyatları sürətli və ucuz həyata keçirmək üçün texnoloji infrastruktur və ən böyük beynəlxalq maliyyə bazarlarına çıxış imkanı

Maliyyə bazarları üzrə peşəkar işçi heyəti

Vəsaitlərin 10 müxtəlif valyutada saxlanılması imkanı

İnvestisiya şirkətinin müflis olmasından tam sığortalanma

Banklar və maliyyə təşkilatları üçün portfeli öz balanslarında saxlama imkanı