İSTİQRAZ NƏDİR?
İstiqraz borc tipli maliyyə alətidir.
İstiqraz haqqında ümumi məlumat: İstiqraz borc qiymətli kağızıdır. Emitent tərəfindən müəyyən edilmiş tarixlərdə faiz (kupon) ödənişləri təmin edilir və müddətin sonunda istiqraza ödənilmiş vəsait investora qaytarılır. Yerli bazarda istiqrazların ticarətə buraxılması üçün ilk növbədə həmin qiymətli kağızlar Bakı Fond Birjasında listinqdən keçməlidirlər. İstiqrazları ilkin yerləşdirmə (İPO) zamanı və ya təkrar bazarda əldə etmək mümkündür. Bakı Fond birjasında ən aktiv ticarət edilən istiqrazlar SOCAR istiqrazları və Maliyyə Nazirliyinin emissiya etdiyi istiqrazlardır. Bundan əlavə beynəlxalq bazarlarda ABŞ dövlət qısa və uzun müddətli istiqrazlarını, Avrobondları, müxtəlif valyutalarda digər dövlətlərin və ya şirkərlərin istiqrazlarını əldə etmək mümkündür. İstiqrazların emitentləri reytinq agentlikləri tərəfindən qiymətləndirilir və müvafiq reytinq alırlar. Reytinq istiqrazın riskini göstərməklə yanaşı onun gəlirliliyini də müəyyən edən faktorlardan birdir.